Holandın agentindən PSJ-yə tələb
Dortmund “Borussiya”sının futbolçusu Erlinq Holand daha bir nəhəng klubun maraq dairəsinə düşüb. Fransa təmsilçisi PSJ norveçli hücumçunu heyətinə qatmağa qərar verib.
Hücumçunun agenti Mino Rayolanın Paris təmsilçisi qarşısında irəli sürəcəyi tələb də bəllidir. O, müştərisi üçün ildə 50 milyon avro maaş tələb etmək niyyətindədir.
2022-ci ilin yayında Almaniya klubu ilə norveçli forvard arasında müqavilədəki əlavə bənd qüvvəyə minəcək. Həmin vaxt istənilən klub Holandı 75 milyon avroya transfer edə bilər.