“Hoffenhaym” Orbanı transfer etdi
“Hoffenhaym” qışda ilk transferini reallaşdırıb. “Lion”dan Viktor Orban heyətə cəlb olunub.
Almaniya təmsilçisi bu transfer üçün 9 milyon ödəyib. “Hoffenhaym” daha 3 milyonu bonus şəklində ödəniş edəcək.
Qeyd edək, 22 yaşlı nigeriyalı forvard ötən ilin yavarından komandada çıxış edir. Orban 21 oyunda 5 dəfə fərqlənib.