MOK-un lX Hesabat-seçki Baş Məclisində yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası oldu
Hirrodan rekord, “Mayami”dən qələbə
NBA-nın növbəti oyun günündə “Mayami” “Detroyt”la qarşılaşıb. “Hits” bu görüşdə 100:92 hesablı qələbə qazanıb.
Mayami təmsilçisinin müdafiəçisi Tayler Hirro bu görüşdə 31 xal yığıb. Qarşılaşmaya sonradan daxil olan oyunçu 8 ribaund və 3 ötürməyə də imza atıb.
Hirro mövsümün şəxsi rekorduna imza atıb. 21 yaşlı basketbolçu cari mövsümdə 22,1 xal, 5,6 ribaund və 3,8 ötürmə ilə diqqət çəkir. O, ən yaxşı altıncı oyunçu adına əsas namizəd sayılır.