Hidayətdən ikinci Avropa zəfəri

Hidayətdən ikinci Avropa zəfəri

Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionu olub. O, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən cüdo üzrə Avropa çempionatında uğur qazanıb.

73 kq çəkidə çıxış edən idmançımız 1/16 finalda Adam Stodolski (Polşa), növbəti iki raundda Martin Hoyak (Sloveniya) və Aleksandru Rayku (Rumıniya) üzərində qələbələri sıralayıb. Yarımfinalda Mark Xristova (Bolqarıstan) qalib gələn Hidayət finalda italiyalı Covanni Espositonu məğlub edərək ikinci dəfə Avropa çempionu olub. O, 2017-ci ildəki uğurunu təkrarlayıb.

Eyni çəkidə mübarizə aparan Rüstəm Orucov bürünc medalla kifayətlənib. İrlandiyalı Coşua Qrin, Aleksandr Koşlyak (Ukrayna) üzərində qələbələrdən sonra 1/4 finalda Mark Xristova uduzan təmsilçimiz təsəlliverici görüşə qatılıb. Burada rumıniyalı Aleksandru Rayku, bürünc medal görüşündə onun həmyerlisi Adrian Sulka ilə münasibətlərinə aydınlıq gətirən Rüstəm iki qələbə ilə 3-cü yerə yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”nin sahibi İtaliyadan klub alır

Növbəti yazı

“Real”dan 35-ci çempionluq