Heydərov yarımfinala vəsiqə qazandı
Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. Bu gün Azərbaycan millisinin daha bir cüdoçusu tatamiyə çıxıb.
Yığmamızın lideri Hidayət Heydərov 73 kq çəkidə mübarizə aparır. O, 1/4 finalda Artur Marqelidon (Kanada) güləşib. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. İpponla qalib gələn Hidayət yarımfinalda Manuel Lombardo (İtaliya) – Akil Qyakova (Kosovo) cütünün güclüsü ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.