Heyətdən qovulan futbolçularla bağlı “Beşiktaş”dan qərar
“Beşiktaş” yeni qərar verib. Zəif performans və intizamsızlıq səbəbi ilə heyətdən kənarlaşdırılan Abubakar, Rozier, Baiyi, Qezzal və Onanaya şad xəbər gəlib.
“Qara qartallar” müqavilənin ləğvinə səbəb ola biləcək hüquqi problemlərdən qaçmaq üçün bu oyunçuları əfv etməyi planlaşdırıblar. Futbol komandalarının baş koordinatoru Samet Aybabanın qısa müddət ərzində əfvlə bağlı məlumat verəcəyi vurğulanıb. Aybabanın açıqlamasından sonra Abubakar, Rozier, Baiyi, Qezzal və Onananın komanda ilə məşqlərə başlayacağı bildirilib.