“Herta”da yeni baş məşqçi
Feliks Maqat “Herta”nın yeni baş məşqçisi olub. 68 yaşlı almaniyalı Berlin klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
O, Münhenqladbax “Borussiya”sına məğlubiyyətdən (0:2) sonra qovulan Tayfun Korkutu əvəzliyib. “Herta”nın bu il qələbəsi yoxdur və 26 turdan sonra Bundesliqada 17-ci yerdədir.