“Herta” pley-offda, “Arminiya” 2-ci Bundesliqada

“Herta” pley-offda, “Arminiya” 2-ci Bundesliqada

Almaniya Bundesliqasında 2021/22 mövsümü başa çatıb. Sonuncu tur aşağı dəstəyə yuvarlanacaq ikinci komanda və pley-offda mübarizə aparacaq klubu müəyyənləşdirib.

“Leypsiq”lə 1:1 hesablı heç-heçə edən “Arminiya” 17-ci pilləyə düşərək 2-ci Bundesliqaya yuvarlanıb. Bilefeld təmsilçisi 28 xal toplayıb.

33 xalla 16-cı olan “Herta” Bundesliqada qalmaq uğrunda pley-off oynayacaq. Berlinlilər son turda Dortmund “Borussiya”sına uduzub – 1:2. 34-cü turda “Köln”ü 2:1 hesabı ilə məğlub edən “Ştutqart” isə xal hesabını “Herta”ya çatdıraraq əlavə göstəricilərə görə 15-ci yerə yüksəlib.

Qeyd edək ki, sonuncu pilləni 18 xala malik “Qroyter” tutub.

e-Topaz

Əvvəlki yazı

Levandovski: “Bavariya”da son oyunum idi”

Növbəti yazı

“Liverpul” “Çelsi”yə çatdı