“Herta” baş məşqçi axtarışında
“Herta” klubu baş məşqçisi axtarışına çıxıb. Bundesliqa təmsilçisi Feliks Maqatla vidalaşmaq niyyətindədir.
Ona əvəzləyici axtaran Berlin klubunun əsas namizədi Sandro Şvartsdır. Rusiyada Moskva “Dinamo”suna rəhbərlik edən 43 yaşlı mütəxəssis yaxın müddətdə Maqatı əvəzləyə bilər.
Qeyd edək ki, 32 oyunda 33 xal toplayan “Herta” Bundesliqada 15-cidir.