Hayvardın durumuna aydınlıq gəldi

Hayvardın durumuna aydınlıq gəldi

NBA təmsilçilərindən “Şarlott”un hücumçusu Qordon Hayvardın durumuna aydınlıq gəlib. MRT-də oyunçunun sol topuq nahiyəsində qırıq olduğu müəyyən edilib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, o, qeyri-müəyyən müddətə meydanlardan kənarda qalıb.
Basketbolçunun zədəsi bazar ertəsi “Toronto”ya qarşı keçirilən matçda Qari Trentin onun ayağına yıxılmasından sonra baş verib.
Xatırladaq ki, Hayvard 2017-ci ilin oktyabrında eyni topuqdan ciddi şəkildə zədələnmişdi. Forvard “Boston”la görüşdə ağır zədə alıb mövsümün qalan hissəsini buraxmaq məcburiyyətində qalmışdı.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 09.02.2022

Növbəti yazı

Ronaldo uğursuzluq zolağındadı