Havertz mövsümü erkən bitirdi
“Arsenal” hücumçusu Kay Havertz üçün mövsüm bitib. Almaniyalı futbolçu zədə üzündən meydana çıxa bilməyəcək.
Havertz Dubayda keçirilən məşqdə zədələnib. Onun əməliyyat olunub-olunmayacağı dəqiqləşməyib.
Qeyd edək ki, Kay bu mövsümdə 34 oyunda 15 qol vurub, 5 ötürmə edib. O, 2023-cü ildən “Arsenal”da çıxış edir.