Havertsə “Arsenal”dan təklif
“Çelsi”nin futbolçusu Kay Haverts karyerasını İngiltərənin digər klubunda davam etdirə bilər. Almaniyalı yarımmüdafiəçi “Arsenal”ın hədəfindədir.
“Topçular” onun transferi üçün “zadəganlar”a təklif göndərib. “Çelsi” rəhbərliyi keçid üçün 75 milyon avro istəyir.
Bu məbləğ “Arsenal”ı qane etmir. Onlar həmşəhərliləri ilə danışıqlar aparır. Kayın özü də klubunu dəyişmək arzusundadır.