Harri Keyndən yubiley
Harri Keyn İngiltərə millisində vurduğu qolların sayını 70-ə çatdırıb. “Bavariya”nın 31 yaşlı forvardı DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Albaniya ilə oyunda (2:0) fərqlənib.
Keyn İngiltərə millisinin tarixində ən məhsuldar futbolçudur. Bu göstəriciyə görə Ueyn Runi 53 qolla ikinci, Bobbi Çarlton isə 49 qolla üçüncüdür.
Qeyd edək ki, Keyn 2015-ci ildən İngiltərə millisində çıxış edir. O, ötən il bu komandada 100 oyun səddini də adlayıb.