Hardendən antirekord

Hardendən antirekord

“Bruklin”in basketbolçusu Ceyms Harden antirekorda imza atıb. Müdafiəçi üçxallıq atışlardan yol verdiyi xətalara görə NBA tarixində 1-ci yerə yüksəlib.

O, “Nyu-Orlean” üzərində 120:105 hesablı qələbəyə 2 üçxallıq atışla töhfə verib. Onun 5 atışından 3-ü isə qeyri-dəqiq olub.

Bununla da Hardenin səbətə düşə bilmədiyi üçxallıq atışların sayı 4 min 459-a çatıb. O, 4 min 456 belə xətaya yol verən Rey Alleni keçib. Üçüncü olan Camal Krouford 4 min 158 belə atışa sahibdir.

Ümumilikdə Harden 6 min 994 atışdan 2 min 535-ində dəqiq olub. Onun dəqiqlik faizi 36,2-yə bərabərdir.

ETOPAZ

Əvvəlki yazı

Dieqo Kostanın müqaviləsinə xitam verildi

Növbəti yazı

Kornenin 60-cı “Böyük dəbilqə”si