Halep karyerasını başa vurdu

Halep karyerasını başa vurdu

Rumıniyalı tennisçi Simona Halep peşəkar karyerasını başa vurub. O, Kluj-Napokada (Rumınya) keçirilən turnirdən sonra açıqlayıb.

33 yaşlı idmançı yarışın ilk mərhələsində italiyalı Lyuçi Bronsettiyə 0:2 hesabı ilə uduzub – 1:6, 1:6. Halep 2022-ci ilin payızında dopinqə görə uzun müddətə diskvalifikasiya olunub. Ötən ilin martında Simonanın cəzası bitdiyi üçün korta dönüb.

Qeyd edək ki, Halep Rolan Qarros-2018 və Uimbildon-2019 “Böyük Dəbilqə” yarışlarında qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

Deyvis “Bavariya”da qaldı

Növbəti yazı

AFFA klubları cəzalandırdı