Halandın etibar etdiyi futbolçu
Norveç millisinin və “Mançester Siti”nin futbolçusu Erlinq Halandın görünməyən tərəfləri bəlli olub. Ulduz hücumçu mini müsahibədə qeyri adi sualları cavablandırıb.
Haıand gözlənilməz məqamlara aydınlıq gətirib.
– Uşaqlıq kumirin…
– Atam Alfa-İnqe Haland, başqası olsa Zlatan İbrahimoviç.
– Ən yaxşı qolun…
– Dortmund “Borussiya”sına, “Şalke”yə, PSJ-yə vurduqlarım. Yəqin kl, ən yaxşısı “Borussiya”dakı ilk qolum, PSJ-nin qapısına vurduğum top.
– Əgər həyatın bir penaltidən asılı olsa, bu zərbəni vurmağı kimə etibar edərsən?
– Özümə. Çünki özümə güvənirəm. Əgər başqasını deməliyəmsə, Mario Balotelli. Ya mən, ya da o.
– Tənha adadasan. Üç nəfəri özünlə götürə bilərsən…
– Kevin de Bruyne – o həmişə yaxşı assistentlik edir. Bir də mənə qayğı göstərmək, Norveç yeməyi hazırlamaq üçün anamla atam.