Halanddan növbəti dubl

Halanddan növbəti dubl

Dortmund “Borussiya”sı Almaniya Bundesliqasında növbəti qələbəsini qazanıb. “Frayburq”la görüşən dortmundlular 5:1 hesablı darmadağına seviniblər.

Bu görüşdə Erlinq Haland növbəti dubluna imza atıb. Norveçli hücumçu bununla da “Borussiya”dakı orta məhsuldarlığında 1-i arxada qoyub.

O, klubdakı 77-ci oyununda 77-ci və 78-ci qollarına imza atıb. Bu qollardan 15-ci cari mövsümün 12 Bundesliqa matçına təsadüf edib. Haland çempionatın bombardirləri yarışında Robert Levandovski (20) və Patrik Şikdən (17) sonra üçüncüdür.

e-Topaz

Əvvəlki yazı

Braziliyalı futbolçu yenidən “Çelsi”də

Növbəti yazı

“Qolden Steyt”dən 70 xallıq fərq