Halanddan ilk qol
Erlinq Haland “Mançester Siti”də ilk qolunu vurub. Norveçli hücumçu “Bavariya” ilə yoldaşlıq oyununda fərqlənib.
22 yaşlı forvardın qolu İngiltərə klubuna 1:0 hesablı qələbə qazandırıb. Dortmund “Borussiya”sından transfer olunan Haland 40-cı dəqiqədə fərqlənib.
Bu görüşdə norveçlini daha bir debütant əvəzləyib. Meydana Xulian Alvares daxil olub.