Halanddan 100-cü qol
İngiltərə Premyer Liqasında 2023/24 mövsümü start götürüb. “Mançester Siti” ilk turda “Bernli”nin qonağı olub.
3:0 hesabı ilə qalıb gələn “şəhərlilər”in iki qoluna Erlinq Haland imza atıb. Norveçli hücumçu bununla da “Böyük beşlik” liqalarındakı qol sayını 100-ə çatdırıb.
Haland Bundesliqada Dortmund “Borussiya”sı ilə 67 oyunda 62 qol vurub. Premyer Liqanın 36 matçında 39 dəfə fərqlənib.