Haland zədələndi

Haland zədələndi

“Mançester Siti”nin futbolçusu Erlinq Haland zədələnib. Hücumçu İngiltərə kubokunun “Bornmut”la görüşündə xəsarət alıb.

Haland komandasının 2:1 hesablı qələbəsinə 1 qolla töhfə verib. Amma görüşün 61-ci dəqiqəsində sol ayağından zədə aldığı üçün əvəzlənib.

Halandın durumuna müayinələrdən sonra aydınlıq gələcək. Lakin forvard “Bornmut”un stadionunu qoltuqağacı ilə tərk edib.

ETOPAZ

Əvvəlki yazı

Qrizmandan rekord

Növbəti yazı

2025-ci ilin məhsuldarlıq rekordu