Haland yığmanı tərk etdi
Norveç yığması ciddi itki ilə üzləşib. Erlinq Haland komandanın düşərgəsini tərk edib.
Buna hücumçunun zədəsi səbəb olub. Haland “Mançester Siti”nin düşərgəsinə qayıdıb.
O, Norveç millisinin AVRO-2024-ün seçmə mərhələsindəki ilk iki oyununu buraxacaq. Şimallılar martın 25-də İspaniya, üç gün sonra Gürcüstanla qarşılaşacaq.