Haland “Mançester Siti”də
Erlinq Halandın “Mançester Siti”yə transferi rəsmiləşib. Bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
Dortmund “Borussiya”sının 22 yaşlı norveçli hücumçusu iyulun 1-dən yeni komandasına qoşulacaq. Transferin detalları açıqlanmayıb.
Qeyd edək ki, Erlinq 2020-ci ilin əvvəlindən “Borussiya”da çıxış edir. Onun Dortmund klubu ilə 2024-cü ilin yayında başa çatmalı idi.