Hakimlərimizə beynəlxalq təyinat

Hakimlərimizə beynəlxalq təyinat

Futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb. Hakimlərimiz AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə – Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Erzincan şəhərində baş tutacaq.

Qeyd edək ki, matçın birinci hakimi Qafarlı, ikinci hakimi Əmiraslanov, üçüncü hakimi Cəbrayılov olacaq.

ETOPAZ

Əvvəlki yazı

Premyer Liqada ən böyük fərq

Növbəti yazı

Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb