Hakiminin durumu sual altında
Mərakeş milli komandası ciddi itki ilə üzləşə bilər. Afrika təmsilçisinin ulduzu Əşrəf Hakimi zədə ilə bağlı problemlərlə üzləşib.
PSJ-nin 24 yaşlı müdafiəçisi Xorvatiya ilə DÇ-2022-nin ilk turunun matçında (0:0) ağrılar hiss edib. Buna baxmayaraq müdafiəçi görüşü sona çatdırıb. Amma Əşrəfın II turda iştirakı sual altındadır. Onun Belçika ilə noyabrın 27-dəki qarşılaşmada meydana çıxıb-çıxmayacağına qarşıdakı günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Mərakeş ilk turda Xorvatiya ilə qolsuz heç-heçə edib.