Hakimi qərarını verdi
Aşraf Hakimi PSJ ilə bağlı qərarını verib. O, klubla müqavilə müddətini artıracaq.
Yaxın günlərdə Paris təmsilçisi bununla bağlı rəsmi açıqlama yayacaq. Hakiminin Fransa çempionu ilə bağlayacağı yeni müqavilə 2029-cu il iyunun sonuna kimi nəzərdə tutulub. 26 yaşlı müdafiəçinin PSJ ilə hazırki müqaviləsi 2026-cı ilin yayında bitəcəkdi.
Qeyd edək ki, Aşraf 2021-ci ildən komandanın şərəfini qoruyur. O, 133 oyunda 16 qol vurub, 22 ötürmə verib.