Hakimi PSJ-də qalır
Əşrəf Hakiminin taleyinə aydınlıq gəlib. O, PSJ-də qalacaq.
Bunu futbolçunun meneceri Alexandro Kamano açıqlayıb. Mərakeşli oyunçunun agenti onun PSJ-yə sadiq olduğunu bildirib: “Mən zəmanət verə bilərəm ki, PSJ rəhbərliyi Hakimi ilə uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə edir. Əvvəllər o, “İnter” azarkeşlərinin sevimlisi idi. Amma əminəm ki, bu, tam bir hekayədir. Hakimi PSJ-yə sadiqdir”.