Hakim Ziyeş Parisdə
“Çelsi”nin futbolçusu Hakim Ziyeş PSJ-yə keçir. Mərakeşli yarımmüdafiəçi bunun üçün Fransanın paytaxtı Parisə yollanıb.
O, yeni komandasında Pablo Sarabiyanı əvəzləməlidir. Sonuncu bu qış “Vulverhempton”a keçib.
Qeyd edək ki, Hakim 2020-ci ildən London klubunda oynayır. O, cari mövsüm Premyer Liqanın 10 matçında 1 assistə imza atıb.