Hakan Çalhanoğlu 150-yə çatdı

Hakan Çalhanoğlu 150-yə çatdı

Hakan Çalhanoğlu aparıcı milli çempionatlarda qol və məhsuldar ötürmələrin cəmində 150-yə (76+74) çatıb. Bu, türkiyəli futbolçunun Bundesliqada debüt etdiyi 2013/14-cü illər mövsümündən bəri Avropanın əsas 5 liqasında yarımmüdafiəçilər arasında beşinci nəticədir.

Bu göstəricidə lider Kevin de Brüynedir: qol+ötürmə sayında o, 223-ə çatıb. Ondan sonra Marko Roys (172), Anxel Di Maria (170) və Dimitri Payet (162) gəlir.

Qeyd edək ki, Çalhanoğlu “İnter”in heyətində A seriyasında “Komo” ilə matçda (2:0) məhsuldar ötürmə edib. O, əvvəllər “Milan”, “Bayer Leverkuzen” və “Hamburq”da da çıxış edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 24.12.2024

Növbəti yazı

Arda Güler ayın futbolçusu seçildi