Hadson-Odoi “Yunayted”in hədəfində

Hadson-Odoi “Yunayted”in hədəfində

“Mançester Yunayted” Kallum Hadson-Odoini heyətinə qatmaq niyyətindədir. “Qırmızı şeytanlar” 24 yaşlı vingerlə danışıqlara başlamağa hazırlaşır.

Kallumun formasını geyindiyi “Nottinhem Forest” də futbolçunu heyətində saxlamağa çalışır. Klub onunla yeni müqavilə ilə bağlı danışıqlara da başlayıb. Vingerin hazırkı anlaşması 2026-cı ilin yayında başa çatacaq.

Qeyd edək ki, Hadson-Odoi “Roma” və “Napoli”nin də maraq dairəsindədir. O, cari mövsümdə Premyer Liqanın 29 matçında 5 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Kaka yenidən millidə

Növbəti yazı

Uoker “Milan”ı tərk edir