Hadson-Odoi “Nyukasl” yolunda
“Çelsi”nin futbolçusu Kallum Hudson-Odoi bu yay komandanı tərk edə bilər. O, “Nyukasl”a keçməyə yaxındır.
“Zadəganlar” 21 yaşlı oyunçunu ancaq icarə əsasında buraxmağa hazırdırlar. Klubun sahibi Todd Bouli futbolçu ilə şəxsən əlaqə saxlayıb, onu başqa komandaya tam hüquqlu transferdən imtina etməyə səsləyib.