MOK-un lX Hesabat-seçki Baş Məclisində yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası oldu
Hacı Əliyev 1/4 finalda
Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Bu gün güləş yarışlarının son iştirakçıları mübarizəyə qoşulublar.
65 kq çəkidə Hacı Əliyev turnirə 1/8 finaldan başlayıb. Olimpiadaların gümüş və bürünc mükafatçısının ilk rəqibi meksikalı Ostin Qomes olub. Görüş idmançımızın qələbəsi ilə başa çatıb – 7:0. Əliyev 1/4 finalda İsmail Musukayevlə münasibətinə aydınlıq gətirəcək.