Haalandın durumuna aydınlıq gəldi
“Mançester Siti”nin hücumçusu Erlinq Haalandın zədəsi davam edir. Ulduz futbolçu bərpa prosesini davam etdirir.
Norveçli sonuncu dəfə dekabrın 6-da” Aston Villa” ilə matçda meydana çıxıb. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola onun durumu haqda açıqlama verib. Mütəxəssis bildirib ki, forvard yanvarın sonundan tez meydana çıxa bilməyəcək.