Haalanddan yeni rekord
İngiltərə Premyer Liqasının XXIX turunda “Mançester Siti” “Brayton”la qarşılaşıb. Görüşdə (2:2) hesabı açan “şəhərlilər”in forvardı Erlinq Haaland Premyer Liqanın tarixinə düşüb.
O, 100 qol + məhsuldar ötürmə səddinə çatan ən tez futbolçu olub. Norveçli forvard 94-cü oyununda bu uğura imza atıb.
Xatırladaq ki, bu rekordun əvvəlki sahibi əfsanəvi ingiltərəli futbolçu Alan Şirer idi.