Haalanddan yeni göstərici

Haalanddan yeni göstərici

Norveç millisinin futbolçusu Erlinq Haaland tarixi uğura imza atıb. 24 yaşlı forvard buna Millətlər Liqasında Sloveniya ilə səfər matçında nail olub.

Haaland millidə 38-ci oyunda 35-ci qolunu vurub. O, bununla da argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanı geridə qoyub. Cənubi amerikalı yığmada 91 matçda 34 qol vurmuşdu.

Norveçli bu mövsüm klub və milli səviyyəsində isə 21 oyunda 19 qol və 1 assistlə yadda qalıb.

Qeyd edək ki, Sloveniya – Norveç qarşılaşmasında qonaqlar 4:1 hesabı ilə qalib gəliblər.

ETOPAZ

Əvvəlki yazı

İtaliya, İngiltərə və Norveçdən qələbə

Növbəti yazı

Fernandu Santuş: “Bunları aradan qadırmağa çalışırıq”