Haalanddan növbəti rekord
“Mançester Siti” “Vest Hem”i 3:0 hesabı ilə məğlub edib. Görüş Erlinq Haaland üçün əlamətdar olub.
Norveçli hücumçu iki qol vuraraq komandasının inamlı qələbəsində böyük pay sahibi olub. Bu nəticə ilə Haaland cari mövsümdə vurduğu qolların sayını 19-a çatdıraraq bombardirlər yarışında liderliyini möhkəmləndirib.
O, Premyer Liqa tarixində nadir göstəriciyə imza atıb. Milad bayramına qədər 19 qol vuran futbolçular siyahısında o, dördüncü oyunçu olub.
Daha əvvəl buna yalnız Endi Koul (1993/94), Kevin Filips (1999/2000) və Luiz Suarez (2013/14) nail olmuşdu.










