Haaland üçün yalnızca “Brentford” qaldı
Erlinq Haaland daha bir göstəriciyə imza atıb. O, Premyer Liqada çıxış edən 21 klubdan 20-nə qol vurub.
“Mançester Siti”nin forvardı dünən “Liverpul”la matçda (1:1) fərqlənib. Norveçli ilk dəfə mersisaydlıların qapısına yol tapıb.
Premyer Liqada Haaland yalnız “Brentford”a qol vura bilməyib. Ötən mövsüm “şəhərlilər” bu komandaya iki dəfə uduzub (1:2, 0:1), ikinci dövrənin oyununda isə hücumçu ehtiyatda qalıb.