Haaland satılmayacaq
“Mançester Siti”nin baş direktoru Ferran Soriano komandanın ulduz hücumçusu Erlinq Haalandla bağlı danışıb. O, “Real”a keçəcəyi ilə bağlı şayiələrə cavab verib.
Klub rəsmisi norveçli futbolçunun satılmayacağını açıqlayıb. O, Haalandın uzun illər “şəhərlilər”in heyətində çıxış edəcəyini düşündüyünü deyib: “Haaland “Mançester Siti”də xoşbəxtdir. O, burada inanılmaz uğur qazanıb və düşünürəm ki, bizim üçün uzun illər oynayacaq”.