Haaland Ronaldonu geridə qoydu
Erlinq Haaland Mançester derbisindəki qol sayında Kriştiano Ronaldonu geridə qoyub. Hücumçu sonuncu derbidə 2 dəfə fərqlənərək bu qarşılaşmalardakı qol sayını 4-ə çatdırıb.
Bununla da 23 yaşlı gənc ulduz Mançester derbilərində 3 qol vuran Ronaldonu arxada qoyub. “Şəhərlilər”in forvardı həm də səfər oyunlarında 20 qola ən tez çatan oyunçu adını qazanıb. O, buna 23 matçda nail olub.