Haaland millinin düşərgəsini tərk etdi
Norveç millisinin hücumçusu Erlinq Haaland yığmanın düşərgəsini tərk edib. O, Yeni Zelandiya ilə keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcək.
Məşqçilər korpusu hücumçunun sıx oyun qrafiki nəzərə alaraq onun düşərgədən ayrılmasına icazə verib.
Qeyd edək ki, Norveç millisi iki gün əvvəl DÇ-2026-nın seçmə mərhələsində İsrailə qarşı 5:0 hesablı qələbə qazanıb. Həmin oyunda Haaland het-trik edib.
Norveç və Yeni Zelandiya arasında yoldaşlıq görüşü sabah Osloda baş tutacaq.












