Haaland Messini geridə qoydu

Haaland Messini geridə qoydu

Erlinq Haaland daha bir göstəriciyə imza atıb. O, 24 yaşını tamamlamadan Çempionlar Liqasında qolların sayına görə Lionel Messini geridə qoyub.

“Mançester Siti”nin forvardı dünən “Yanq Boyz”la matçda (3:0) fərqlənərək turnirdə 38 və 39-cu qollarını vurub. 24 yaşına qədər Çempionlar Liqasında vurulan topların sayına görə Haaland Lionel Messini (37 qol) ötüb və 2-ci yeri tutub. Bu göstəricidə lider Killian Mbappedir – 40.

ETOPAZ

Əvvəlki yazı

Kukuryella “Tottenhem”ə söz atdı

Növbəti yazı

Mourinyoya Ərəbistandan müştəri