Haaland dayanmaq bilmir

Haaland dayanmaq bilmir

AVRO-2024-ün seçmə mərhələsinin 8-ci turunda Norveç Kiprin qonağı olub. Skandinaviyalılar böyükhesablı qələbə qazanıb.

4:0 hesablı qələbəyə iki qolla töhfə verən Erlinq Haland millidəki qol sayını 27-yə çatdırıb. 27 oyunda 27 dəfə fərqlənən hücumçunun orta məhsuldarlığı 1,00-a bərabərdir. O, yığmada 26 qol vuran Eynar Qundersonu arxada qoyub və Norveç millisinin tarixinin ikinci bombardiridir. Yalnız Yorgen Yuve daha çox qola imza atıb – 33 top.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Sabah çox ağıllı oynamalıyıq”

Növbəti yazı

Millimizin yekun heyəti bəlli oldu