Haaland daha 9 il “Siti”də
“Mançester Siti”nin hücumçusu Erlinq Haalandın durumuna aydınlıq gəlib. O, klubla müqaviləsinin müddətini 2034-cü ilin yayına qədər uzadıb.
Norveçli forvard daha 9,5 il “şəhərlilər”in şərəfini qoruyacaq. Yeni müqavilədən əvvəllər qüvvədə olan bütün satın alma bəndləri çıxarılıb. 24 yaşlı futbolçunun maaşı klubda ən yüksək olacaq – bunun idman tarixinin ən bahalı müqavilələrindən biri olduğu bildirilir.
Holand bu mövsüm “Mançester Siti”də bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 1 məhsuldar ötürmə edib.