Haaland “300”ə çatdı

Haaland “300”ə çatdı

Erlinq Haaland yubileyini qeyd edib. O, karyerasında 300-cü qolu vurub.

Bu, klublararası dünya çempionatına təsadüf edib.

“Mançester Siti”nin 24 yaşlı forvardı turnirin qrup mərhələsində “Yuventus”la görüşün 52-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, Haaland bu qolların 42-ni Norveç millisinin heyətində vurub.

ETOPAZ

Əvvəlki yazı

Dünya çempionatında qrup mərhələsi başa çatdı

Növbəti yazı

“Sabah”dan yeni transfer