Həftənin oyunçusu adına namizədlər bəlli oldu

Həftənin oyunçusu adına namizədlər bəlli oldu

Çempionlar Liqasında Liqa mərhələsinin VII turuna yekun vurulub. Keçirilən matçlardan sonra həftənin futbolçusu adına namizədlər bəlli olub.

Mükafat uğrunda 4 futbolçu mübarizə aparacaq. Bunlar “Real”dan Vinisius Junior, “Barselona”dan Fermin Lopez, “Sportinq”dən Luis Suarez və “Atletik”dən Robert Navarrodur.

Portuqaliya klubunun hücumçusu PSJ ilə matçda (2:1) dubl edib. Bilbao təmsilçisinin futbolçusu Navarro “Atalanta” ilə görüşdə (3:2) bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

“Real”ın braziliyalı forvardı “Monako” ilə dueldə bir dəfə fərqlənib və iki assist müəllifi olub. Lopez isə “Slaviya”nın qapısından iki qol keçirib.

ETOPAZ

Əvvəlki yazı

Ronaldo “960”a çatdı

Növbəti yazı

Ançelotti üçün yenidən “Real” variantı