Həftənin oyunçusu adına dörd namizəd
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb. Yarımfinal mərhələsinin cavab oyunlarından sonra bu mükafata 4 futbolçu iddia edir.
Bunlar “Liverpul”dan Luis Dias, “Mançester Siti”dən Bernardu Silva, “Real”dan Tibo Kurtua və “Vilyarreal”dan Fransis Koklendir. Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq səsvermə ilə müəyyənləşəcək.