Həftənin oyunçusu adına dörd namizəd
Çempionlar Liqasının həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. 1/8 final mərhələsinin son dörd ilk oyununda bu mükafata 4 iddiaçı var.
“Napoli”dən İrvinq Losano, “İnter”dən Hakan Çalhanoğlu, “Real”dan Vinisius Junior və “Mançester Siti”dən Riyad Mahrez ən yaxşı olmağa namizəddir. Həftənin oyunçusu UEFA-nın saytında aparılan səsvermə ilə müəyyənləşəcək.