Həftənin oyunçuları açıqlandı
NBA-da həftənin ən yaxşı oyunçuları açıqlanıb. “Finiks”in müdafiəçisi Devin Buker və “Atlanta”nın oyunçusu Trey Yanq ən yaxşı adına layiq görülüb.
Buker ötən həftənin 4 oyununda orta hesabla 30 xal toplayıb. Onun komandası ardıcıl 16 qələbə ilə Qərb konfransında 2-ci yerdə qərarlaşıb.
Yanqın komandası ötən həftə 4 oyunun üçündə qalib gəlib. O, orta hesabla hər qarşılaşmada 31,3 xal, 8,5 ötürmə ilə yadda qalıb. “Atlanta” 21 oyunda qazandığı 11 qələbə ilə Şərq konfransında 8-cidir.