Həftənin futbolçusu müəyyənləşdi

Həftənin futbolçusu müəyyənləşdi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VI turunun ən yaxşı futbolçusu bəlli olub.

Bu ada “Arsenal”ın futbolçusu Noni Madueke layiq görülüb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İngiltərəli vinger azarkeşlər arasında keçirilən sorğuda “Barselona”dan Jül Kunde, “Atalanta”dan Şarl De Ketelaere və “Ayaks”dan Oskar Qluxu qabaqlayıb.

Qeyd edək ki, Noni Madueke “Arsenal”ın səfərdə “Brügge” üzərində qazandığı qələbədə 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan millisinin mövqeyi bəlli oldu

Növbəti yazı

Erik Qarsiyadan yeni müqavilə