Həftənin futbolçusu bəlli oldu
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu – VIII turunun ən yaxşı oyunçusu müəyyənləşib. Bu ada “Benfika”da çıxış edən Andreas Şelderup layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Norveçli vinger azarkeşlər arasında keçirilən sorğuda “Liverpul”dan Aleksis Makallister, “Bayer”dən Malik Tillman və və “Çelsi”dən Joao Pedronu qabaqlayıb.
Qeyd edək ki, Andreas Şelderup “Benfika”nın “Real”ı 4:2 hesabı ilə məğlub etdiyi oyunda 2 qol vurub.












