Həftənin futbolçusu adına namizədlər
Çempionlar Liqasında Liqa mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Bu ada “Barselona”dan Fermin Lopes, PSV-dən Dennis Man, Dortmund “Borussiya”sından Feliks Nmeça və “Atletik”dən Qorka Quruseta namizəd göstərilib.
Fermin “Olimpiakos”la oyunda het-trik edib. Man “Napoli”yə, Nmeça “Kopenhagen”ə, Quruseta isə “Qarabağ”a iki qol vurub.












